Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Monetar siyasət və iqtisadi artım"

  • Oxunub 1664 dəfə

“Kreativ iqtisadiyyat” klubunda Fuad Qənbərovun təqdimatı

06 mart 2015-ci il tarixdə AMEA İqisadiyyat İnstitutunda iqtisadçı alimlərin iştirakı ilə “Kreativ iqtisadiyyat” diskussiya klubunun növbəti tədbiri keçirildi.

İnstitutun "Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər" şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Fuad Qənbərov "Monetar siyasət və iqtisadi artım" mövzusunda məruzə etdi. Təqdimatda pul kütləsində dəyişiklik, faiz dərəcələri və valyuta məzənnəsinin dəyişməsinin, inflyasiyanın iqtisadi artımın stimullaşdırılmasında rolu barədə məruzə edildi, dünya təcrübəsi və Azərbaycandakı iqtisadi göstəricilər müqayisəli təhlil olundu.
Seminarda 2015-ci ilin fevral ayında Azərbaycanda manatın devalvasiya edilməsinin səbəbləri və iqtisadiyyata təsiri mexanizmləri barədə fikir mübadiləsi aparıldı. F.Qənbərov sonda iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırdı.