AMEA-nın İctimai Elmlər Bölməsinin hesabatı dinlənilib
- Oxunub 1920 dəfə
26.12.2016
Tədbirdə İqtisadiyyat İnstitutunun 2016-cı ildəki fəaliyyətinə dair hesabatı təsdiq edilib
Dekabrın 23-də AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirilib. İclasda bölmənin büro üzvləri, bölməyə daxil olan elmi müəssisələrin direktorları, direktor müavinləri, elmi katibləri və mühüm nəticə icraçıları iştirak ediblər. Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq 2016-cı ilin bölmə üçün uğurlu hadisələr və faydalı işlərlə yadda qaldığını qeyd edib. Akademik bildirib ki, ötən il fəaliyyətə başlamış İEB-in elmi müəssisələrində aparılan tədqiqatlar ölkəmizdə maddi-mənəvi və milli dəyərlərin qorunmasına, Azərbaycanın beynəlxalq aləmə fəal inteqrasiyasına istiqamətlənib.
Sonra iclasda bölməyə daxil olan elmi müəssisələrin 2016-ci ildəki elmi-təşkilati fəaliyyətlərinin yekunlarına dair hesabatları dinlənilib. İqtisadiyyat İnstitutunun direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov hesabat ilində innovasiyalara əsaslanan davamlı iqtisadi inkişaf modelinin formalaşması və inkişafı, iqtisadi artımın keyfiyyəti, qeyri-neft sektorunun, sahibkarlığın və beynəlxalq iqtisadi münasibətlərin inkişaf problemləri istiqamətində institutda aparılan təqdiqatlardan danışıb. İqtisadçı alimlər tərəfindən insan potensialı və kapitalının formalaşması, xidmət sektorunun inkişafının sosial-iqtisadi və demoqrafik problemləri və təbii sərvətlərdən səmərəli istifadənin sosial-iqtisadi problemlərinin tədqiqi üzrə elmi tədqiqat işlərinin davam etdirildiyini qeyd edib. İclasda institut əməkdaşlarının cari ildə 4 problem 12 mövzu, 12 iş, 106 mərhələ üzərində elmi tədqiqat işləri apardığı qeyd olunub.
Tədbirdə məruzələr dinlənildikdən sonra müzakirə olunub. Akademik İsa Həbibbəyli bölmənin bütün elmi tədqiqat müəssisələrinin əməyini yüksək dəyərləndirib, məsləhət və tövsiyələrini verib. İclasda 2016-ci ildəki fəaliyyət haqqında hesabatlar təsdiq edilib, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib (economics.com.az).
İqtisadiyyat İnstitutunun hesbatı ilə aşağıdakı faylı yükləməklə tanış ola bilərsiniz