“İqtisadiyyatın tənzimlənməsində milli xüsusiyyətlərin nəzərə alınması metodları”
- Oxunub 1489 dəfə
"Kreativ iqtisadiyyat" Diskussiya Klubunda i.f.d. Əhməd Qəşəmoğlunun məruzəsi dinlənildi
Mayın 19-da AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərli tədbirdə əsas məruzəçini – AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlunu təqdim etdi.
Ə.Qəşəmoğlu “İqtisadiyyatın tənzimlənməsində milli xüsusiyyətlərin nəzərə alınması metodları” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi müzakirəyə təqdim etdiyi mövzunun əsas mahiyyəti barədə məlumat verdi, sosioloqların iqtisadiyyatın tənzimlənməsinə yanaşması, milli xüsusiyyətlərin, mentalitetin, insanların davranışının iqtisadiyyata təsiri və bu təsirlərin ölcülməsi problemləri, maddi və mənəvi dəyərlərin cəmiyyətin inkişafına təsiri, iqtisadiyyatın dayanıqlı və ahəngdar tərəqqisi məsələləri və s. barədə danışdı. Sonra mövzu ətrafında maraqlı və geniş müzakirələr aparıldı (economics.com.az).
Ə.Qəşəmoğlunun təqdimatı ilə aşağıdakı linki yükəməklə tanış ola bilərsiniz