“Ərzaq təhlükəsizliyinin təmin olunmasının sosial-iqtisadi problemləri”
- Oxunub 2126 dəfə
“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda İlkin Soltanlının təqdimatı
2014-cü ilin sentyabrında AMEA İqisadiyyat İnstitutunda iqtisadçı alimlərin iştirakı ilə “Kreativ iqtisadiyyat” Diskussiya Klubunun ilk yığıncağı keçirilmişdir. Institutun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı “Ərzaq təhlükəsizliyinin təmin olunmasının sosial-iqtisadi problemləri” mövzusunda təqdimatla cıxış etmişdir.
O, müasir dövrün ən mühüm və qlobal problemlərindən biri olan ərzaq təhlükəsizliyinin mahiyyəti, xüsusiyyətləri, əsas tərkib elementləri, ölkəmizdə minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının istehlak normaları, bitkiçilik və heyvandarlıq məhsulları ilə özünütəminetmə, həmçinin onların adambaşına istehsal və istehlakı səviyyəsini xarakterizə edərək, bu məhsullara olan tələbatın daxili mənbələr hesabına təmin olunmasının vacibliyini vurğulamış, bu problemin səmərəli həlli istiqamətində konkret təkliflərini bildirmişdir.
Böyük marağa səbəb olan mövzu ətrafında geniş elmi müzakirələr aparılmışdır. AMEA İqisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim İmanov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor A.K.Ələsgərov, i.e.d., professor İ.H.İbrahimov, i.e.d., professor B.X.Ataşov və digərləri çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildirmişlər. Sonda “Kreativ iqtisadiyyat” diskussiya klubunun tədbirlərinin əhəmiyyətli olduğu və mütəmadi şəkildə keçrilməsinin vacibliyi vurğulanmışdır (economics.com.az).
İlkin Soltanlının təqdimatı ilə daha yaxından aşağıdakı linkdə tanış olmaq olar