Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin illik hesabat iclası keçirilib

  • Oxunub 1564 dəfə

 İqtisadiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.f.d. Mahir Zeynalov geniş təqdimatla çıxış edib

  Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2017-ci il üçün hesabat iclası keçirilib. Tədbir AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub. İdarənin rəisi Zülfüqar Fərzəliyev akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının müxtəlif elm sahələri üzrə jurnalistlərin hazırlanması, ixtisaslaşması baxımından əhəmiyyətini qeyd edib.

 İdarənin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Rzayeva AMEA-nın 40-dan artıq institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyət göstərməsini elmin informasiya təminatının gücləndirilməsi, elmi-populyar jurnalistikanın inkişaf etdirilməsində mühüm amil olduğunu söyləyib.  Akademiyada müvafiq elm sahələri üzrə böyük bir elmi jurnalist ordusunun formalaşdığını qeyd edən Ü.Rzayeva qələm sahiblərinin Azərbaycan elminin populyarlaşdırılması və təbliğində, dünya elmi ictimaiyyətinə çatdırılmasında aparıcı rol oynadıqlarını bildirib. Hər bir institut və təşkilatın informasiya siyasətinin həyata keçirilməsində bilavasitə iştirak edən bu şöbələrdə görülən işlər haqqında illik hesabatların verilməsinin şöbənin fəaliyyətinin daha da gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması və s. baxımdan əhəmiyyətini qeyd edib.

 Sonra AMEA-nın bir sıra institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri çıxış edərək hesabat ili ərzində görülən işlər haqqında danışıblar. AMEA İqtisadiyyat İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri, economics.com.az saytının baş redaktoru, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov geniş təqdimatla çıxış edib. O, şöbənin əsas fəaliyyət istiqamətləri, mətbu orqan və internet-mediada işıq üzü görən xəbərlərin satistik göstəriciləri, institutun veb-saytının idarə edilməsi və informasiya təminatı, sayta edilən müraciətlərin dinamikası, elmi müəssisənin piarının sosial mediada da aparılması sahəsində görülən işlər haqqında məlumat verib. Bildirib ki, economics.com.az saytı 2015-ci ildə müasir tələblərə uyğun olaraq yenidən qurulub. Sayt monitorinqin nəticələrinə görə, 2016-cı ildə 40 sayt arasında 4-cü, AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin elmi-tədqiqat institutları arasında 1-ci yeri tutub.

 İqtisadiyyat İnstitutunun saytı şəffaflıq və cəmiyyətə açıqlıq baxımından AMEA-da ən uğurlu elektron resurslardandır. İctimaiyyətlə əlaqələr şöbəsinin əsas hədəflərindən biri də saytın informasiya təminatında operativliyi qorumaq, geniş oxucu auditoriyası toplamaqdır. 2015-2017-ci illərdə sayta müraciətlərin sayı 270 min, 2017-ci ildə sayta orta aylıq baxış sayı 10 min olub. Ved-sayta dünyanın 105 ölkəsindən 270 min müraciət olmuşdur. Sayt daha çox Azərbaycan (82,9%), Rusiya (4%), ABŞ (2,9%), Böyük Britaniya (2,2%), Ukrayna (1,3%), Türkiyə (1,3%), İran, Almaniya, Avropa Birliyi, Vyetnam, Çin, Belarus, Norveç və Fransada istifadəçilər tərəfindən izlənilir. İnstitutun birbaşa fəaliyyəti ilə bağlı son 3 ildə 470 xəbər, o cümlədən keçən il 220 informasiya hazırlanıb.

 Mahir Zeynalov bildirib ki,  economics.com.az saytında elektron bazanın genişləndirilməsi, e-kitabxananın zənginləşdirilməsi işləri də davam etdirilir. Saytda 800-ə qədər elektron materiallar yerləşdirilib. İnstitutun 2 elmi jurnalının məqalələri ilə yanaşı alimlərin kitabları, bulletenlər, dissertasiya və avtoreferatların da elektron variantı saytda var. Bununla yanaşı, İnstitutun bütün yeni elmi nəşrləri barəsində mətbuatda və elektron KİV-də məlumatlar verilir. 2017-ci ildə AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçrilən 2 beynəlxalq və 3 ölkə səviyyəli elmi konfransların hər biri TV-lərdə, yazılı və elektron mediada geniş işıqlandırılmışdır. İnstitutun fəliyyəti ilə bağlı saytda yerləşdirilmiş bütün xəbərlər “AMEA İqtisadiyyat İnstitutu” adında yaradılmış Facebook səhifəsində də yayılır.

 Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb (economics.com.az).

 M.Zeynalovun təqdimatı ilə aşağıdakı faylda tanış ola bilərsiniz