Professor Akif Musayev Çində keçirilən onlayn konfansda məruzə ilə çıxış etmişdir
- Oxunub 576 dəfə
13-16 noyabr 2020-ci il tarixlərində Çinin Xiamen şəhərində 6th International Conference on Fuzzy Systems and Data Mining (FSDM 2020) adlı beynəlxalq onlayn konfrans keçirilmişdir.
Qeyri-səlis nəzəriyyə, alqoritm və sistem, qeyri-səlis tətbiq, qeyri-səlis məntiq və data mininqin interdissiplinar məsələlərinə həsr olunmuş konfransda AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev “İstehsal potensialından asılı olaraq vergi yükünün qeyri-müəyyənlik şəraitində təyin olunma metodologiyası” adlı elmi məruzə ilə çıxış etmişdir.
Qeyd edək ki, konfrans 2015-ci ildən etibarən hər il Yaponiya, Tailand və Çinin şəhərlərində müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə keçirilir (economics.com.az).
Prof. Akif Musayevin konfransdakı təqdimatı ilə aşağıdakı faylı yükləməklə tanış olmaq olar