Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimi QDİƏT-in işçi qrupunun iclasında çıxış etmişdir

  • Oxunub 392 dəfə

 Dekabrın 9-da İstanbulda (Türkiyə) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDIƏT) elm və texnologiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası keçirilmişdir.

 Videokonfrans formatında baş tutan tədbirdə  insan resursları, potensial imkanlar, tədqiqat və təhsil infrastrukturu, innovasiya, xüsusi elm və texnologiya təşəbbüsləri və alətlərinə dair müzakirələr keçirilmişdir. Habelə innovasiya tədqiqatları ilə bağlı milli strukturların  müasir vəziyyəti ilə  bağlı  məruzələr dinlənilmişdir.

 İclasda AMEA-nın İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent Emin Məmmədzadə “QDİƏT çərçivəsində elmi-texniki əməkdaşlığın aktual istiqamətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzə ilə aşağıdakı linkdə tanış olmaq olar.