İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün müsabiqə qaydaları təsdiqlənib
- Oxunub 974 dəfə
Noyabrın 30-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclasında İnstitutda “Elmi vəzifələrin tutulması üçün müsabiqə keçirilməsi qaydaları” geniş müzakirə olunaraq təsdiq edilib.
Müsabiqə qaydalarında ümumu müdəalar, müsabiqənin elan edilməsi və müsabiqə komissiyasının yaradılması, sənədlərin qəbulu, komissiyanın hüquq və vəzifələri, müsabiqənin keçrilməsi ilə bağlı təşkilati məsələlər, müsabiqənin nəticələrinin ləğv edilməsi və yükun müdəalar öz əksini tapıb.
Gələn ilin əvvəllərində həmin qaydalar əsasında müvafiq müsabiqənin keçirilməsi nəzərdə tutulur. Müsabiqə gizli səsvermə yolu ilə İnstitutun Elmi Şurası tərəfindən, 5 ildən bir, aşkarlıq və şəffaflıq prinsipləri əsasında, bütün iştirakçılar üçün bərabər şərtlər təmin edilməklə keçirilir. Müsabiqə qaydaları ilə daha yaxından aşağıdakı linki yükləməklə tanış ola bilərsiniz (economics.com.az).
AMEA İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi qaydaları (yüklə)