Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün müsabiqə elan olundu

  • Oxunub 1025 dəfə

 İnstitutun direktoru bununla bağlı müvafiq əmr imzalayıb

   AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli aprelin 18-də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 50-ci maddəsini, "Elm haqqında" qanunun 8-ci maddəsinin 5-ci bəndini, AMEA İqtisadiyyat İnstitutunun nizamnaməsinin 2.3.4-ci bəndini rəhbər tutaraq, 1 iyun 2018-ci il tarixindən müsabiqə keçirilməsi barədə əmr imzalayıb.

 Əmrə əsasən müsabiqənin keçrilməsi üçün müvafiq komissiya yaradılıb, institutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov komissiyanın sədri, şöbə müdirləri, professor Akif Musayev və prof. Tofiq Hüseynov, kadrlar şöbəsinin müdiri Yulduz Əliyeva, Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa komissiyanın üzvləri təyin olunublar.

Müsabiqəyə sənəd qəbulu 19 aprel 2018-ci il tarixindən başlayır  və 19 may 2018-ci il tarixində  başa çatır. Sənədlərin qəbulu İnstitutun kadrlar şöbəsində aparılır. Əmrdə vakant (boş) vəzifələr, hansı sənədlərin tələb olunduğu, müvafiq qaydalar da öz əksini tapıb. Əmrin tam mətni və elmi vəzifələrin tutulması üçün müsabiqə keçrilməsi qaydaları ilə aşağıdakı linklərdə tanış olmaq olar (economics.com.az).

İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi barəsində əmr (yüklə)

İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi qaydaları (yüklə)

Müsabiqə keçirilməsi haqqında elan (yüklə)

Müsabiqə keçirilməsi haqqında

E L A N

AMEA  İqtisadiyyat  İnstitutu  aşağıdakı vakant (boş) elmi vəzifələri tutmaq üçün  müsabiqə elan edir:

1. “İQTİSADİ SİYASƏTİN NƏZƏRİ ƏSASLARI VƏ İQTİSADİ FİKİR TARİXİ”  ŞÖBƏSİ

Şöbə müdiri – 1 yer

Baş elmi işçi  –2 yer

Aparıcı elmi işçi – 4 yer

Böyük elmi işçi – 3 yer

Elmi işçi – 1 yer

2. “SƏNAYE  SİYASƏTİ  VƏ  İNVESTİSİYA  PROBLEMLƏRİ” ŞÖBƏSİ      

Şöbə müdiri – 1 yer

Aparıcı elmi işçi – 2 yer

Elmi işçi – 5 yer

3. “XİDMƏT  SAHƏLƏRİNİN  İNKİŞAFI  PROBLEMLƏRİ” ŞÖBƏSİ

Şöbə müdiri  –1 yer

Aparıcı elmi işçi –  3 yer

Böyük elmi işçi – 2 yer

Elmi işçi – 3  yer

4. “DEMOQRAFİYA VƏ İŞ QÜVVƏSİNİN TƏKRAR İSTEHSALI  PROBLEMLƏRİ” ŞÖBƏSİ

Şöbə müdiri  – 1 yer

Baş elmi işçi – 1 yer

Aparıcı elmi işçi – 5 yer

Böyük elmi işçi –  2 yer

Elmi işçi –  1 yer

5. “AQRAR İSLAHATLAR VƏ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ  PROBLEMLƏRİ” ŞÖBƏSİ

Şöbə müdiri – 1 yer

Aparıcı elmi işçi – 3 yer

Böyük elmi işçi –3 yer

Elmi işçi – 1 yer

Kiçik elmi işçi – 2 yer

6. “SAHİBKARLIQ VƏ İNHİSARÇILIĞIN TƏNZİMLƏNMƏSİ PROBLEMLƏRİ” ŞÖBƏSİ

Şöbə müdiri  – 1 yer

Baş elmi işçi – 3 yer

Aparıcı elmi işçi  – 2 yer

Böyük elmi işçi –1yer

Elmi işçi –1 yer

7. “QLOBALLAŞMA  VƏ  BEYNƏLXALQ  İQTİSADİ  MÜNASİBƏTLƏR” ŞÖBƏSİ

Şöbə müdiri – 1 yer

Baş elmi işçi –1 yer

Aparıcı elmi işçi – 5 yer

Elmi işçi – 3 yer

8.  “HƏYAT  SƏVİYYƏSİNİN  SOSİAL-İQTİSADİ  PROBLEMLƏRİ” ŞÖBƏSİ

Şöbə müdiri – 1 yer

Baş elmi işçi – 1 yer

Aparıcı elmi işçi – 1 yer

Böyük elmi işçi – 1 yer

9. “REGİONAL İNKİŞAF VƏ TƏBİİ SƏRVƏTLƏRDƏN İSTİFADƏ  PROBLEMLƏRİ” ŞÖBƏSİ

Şöbə müdiri – 1 yer

Aparıcı elmi işçi – 3 yer

Böyük elmi işçi  –3 yer

Elmi işçi – 3 yer

10  “MALİYYƏ, PUL-KREDİT  SİYASƏTİ” ŞÖBƏSİ

Şöbə müdiri – 1 yer

Baş elmi işçi  –1 yer

Aparıcı elmi işçi – 3 yer

Böyük elmi işçi – 2 yer

Elmi işçi –  3 yer

Kiçik elmi işçi – 1 yer

11  “İNNOVASİYA MENECMENTİ VƏ ELMİN İNKİŞAFI PROBLEMLƏRİ” ŞÖBƏSİ

Şöbə müdiri – 1 yer

Aparıcı elmi işçi  – 2 yer

Elmi işçi – 2 yer

Kiçik elmi işçi – 1 yer

12. “İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN METODOLOJİ VƏ EKONOMETRİK PROBLEMLƏRİ” ŞÖBƏSİ

Şöbə müdiri  –1 yer

Böyük elmi işçi – 1 yer

Elmi işçi  – 3 yer

Kiçik elmi işçi – 5 yer

13. “İQTİSADİ TƏDQİQATLARIN RİYAZİ TƏMİNATI” ŞÖBƏSİ

Şöbə müdiri – 1 yer

Aparıcı elmi işçi – 1 yer

Elmi işçi –  2 yer

Kiçik elmi işçi – 1 yer

 I. Vəzifələrə tələb olunan şərtlər:

Şöbə müdiri- magistr elm-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili (10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı),  fəlsəfə doktoru elmi dərəcəsi (3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı), elmlər doktoru elmi dərəcəsi və elmi adı (üç ildən az olmayaraq ixtisası üzrə əmək stajı)

Baş elmi işçi – magistr elm-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili, fəlsəfə doktoru elmi dərəcəsi ( 9 ildən  az olmayaraq ixtisası üzrə əmək stajı),elmlər doktoru elmi dərəcəsi (3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı)

Aparıcı elmi işçi – magistr elm-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili, fəlsəfə doktoru elmi dərəcəsi (3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı), elmlər doktoru elmi dərəcəsi

Böyük elmi işçi- magistr elm-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili (4 ildən az olmayaraq ixtisası üzrə əmək stajı),fəlsəfə doktoru elmi dərəcəsi

Elmi işçi- magistr elm-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili(2 ildən az olmayaraq əmək stajı)

Kiçik elmi işçi - magistr elm- ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili

II. Müsabiqəyə sənəd qəbulu 19 aprel 2018-ci il tarixindən başlayır  və 19 may 2018-ci il tarixində  başa çatır.

III. Müsabiqəyə sənədlərin qəbulu Kadrlar şöbəsində aparılır (məsul   Aksana Müşfiq qızı) . Əlaqə tel: 012 5393112; 5393021; daxili-110; E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. )

IV. İddiaçılar Müsabiqəyə  aşağıdakı  sənədləri  təqdim  etməlidirlər:

- Ərizə ;

- Kadrların şəxsi uçot vərəgi ;

- Özkeçmiş (tərcümeyi- hal);

- Ali ixtisas təhsili haqqında, elmi dərəcələr və elmi adlar haqqında sənədlərin notarial qaydada və ya Kadrlar şöbəsi tərəfindən təsdiq olunmuş surətləri;

- Əmək kitabçasının təsdiq olunmuş surəti (əmək fəaliyyətinə yeni baş­layanlar istisna olmaqla);

- Xasiyyətnamə (digər müəssisələrdə çalışan İddiaçılar öz iş yerindən, ali məktəb məzunları isə bitirdikləri ali məktəbdən xasiyyətnamə təq­dim edirlər);

- Son 5 ildə nəşr olunmuş  monoqrafiyaların, dərsliklərin üz qabığının  və mündəricatının sürəti, məqalələrin surəti (kiçik elmi işçilər və elmi işçilər üçün məcburi deyil) və elmi əsərlərin İnstitutun Elmi Katibi tərəfindən təsdiq olunmuş siyahısı.

IV. Müsabiqədə iştirak etmək hüququ qazanmış İddiaçıların siyahısı sənəd qəbulu bitdikdən sonrakı 3 (üç) iş günü ərzində İnstitutun rəsmi İnternet saytında  (economics.com .az) dərc ediləcək.

V. İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün müsabiqə 01iyun  2018-ci il tarixində başlanacaq.