Müsabiqə ilə əlaqədar elmi əməkdaşların iştirakı ilə ümumi yığıncaq keçirildi
- Oxunub 890 dəfə
Aprelin 26-da AMEA İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün nəzərdə tutulan müsabiqə ilə əlaqədar elmi əməkdaşların iştirakı ilə ümumi yığıncaq keçirildi.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli bildirdi ki, Əmək Məcəlləsinin 50-ci maddəsini, "Elm haqqında" qanunun 8-ci maddəsinin 5-ci bəndini, AMEA İqtisadiyyat İnstitutunun nizamnaməsinin 2.3.4-ci bəndini rəhbər tutaraq, 1 iyun 2018-ci il tarixindən müsabiqə keçirilməsi barədə əmr imzalayıb. Müsabiqənin keçrilməsi üçün müvafiq komissiya yaradılıb, institutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov komissiyanın sədri, şöbə müdirləri, professor Akif Musayev və prof. Tofiq Hüseynov, kadrlar şöbəsinin müdiri Yulduz Əliyeva, Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa komissiyanın üzvləri təyin olunublar.
Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. dos. Allahyar Muradov müsabiqə qaydaları və şərtlər barəsində geniş məlumat verdi. Bildirdi ki, müsabiqəyə sənəd qəbulu aprelin 19-dan başlayıb və mayın 19-dək davam edəcək. Sənədlərin qəbulu İnstitutun kadrlar şöbəsində aparılır. Vakant (boş) vəzifələr, hansı sənədlərin tələb olunduğu, müvafiq qaydalar da elan olunub. Müsabiqə komissiyası sənədləri qəbul edib tələblərə uyğunluğunu yoxladıqdan sonra İnstitutda müvafiq vəzifələri tutmaq üçün, iddiaçıların da iştirakı ilə Elmi Şurada gizli səsvermə keçiriləcək və nəticələr səvermə bitən kimi dərhal açıqlanacaq.
Tədbirdə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa, İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradov, i.f.d. Əli Hüseynov və digərləri müsabiqə ilə bağlı öz fikirlərini bildirdilər, müsabiqənin keçirilməsinin hüquqi əsaslarının olduğunu qeyd etdilər. Sonra müsabiqə ilə bağlı əməkdaşların sualları cavablandırıldı və qaydalar geniş izah olundu (economics.com.az).
İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi barəsində əmr (yüklə)
İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi qaydaları (yüklə)
Müsabiqə keçirilməsi haqqında elan (yüklə)