İqtisadiyyat İnstitutunun daha iki şöbəsində elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi
- Oxunub 2049 dəfə
İyunun 22-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda daha iki şöbə üzrə elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi.
İnstitutun “Sənaye siyasəti və investisiya problemləri” şöbəsində elmi vəzifələrin tutulması üçün müsabiqədə iştirak etmək hüququ qazanmış iddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. Hər bir iddiaçının elmi fəaliyyəti barəsində müzakirələr aparıldı, namizədlərin fikirləri dinlənildi. Sonra hər bir namizəd üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün Elmi Şurada gizli səsvermə keçirildi. Nəticələrə əsasən, prof. Tofiq Hüseynov şöbə müdiri, İbrahimov Tahir və Sadıqov Şahin aparıcı elmi işçi, Uzun Elmaz, Şirinova Sevinc, İsmayılov Emin və Hacıyeva-Qarqari Esmira elmi işçi vəzifəsinə seçildilər.
Günün ikinci yarısında Elmi Şurada “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsi üzrə də elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi. İddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. Hər bir iddiaçının elmi fəaliyyəti barəsində özlərinin də iştirakı ilə müzakirələr aparıldı. Sonra namizədlərin hər biri üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün gizli səsvermə keçirildi. Nəticələrə əsasən, prof. İsa Alıyev şöbə müdiri, Muradverdiyeva Leyla, Soltanlı İlkin və Rüstəmov Famil aparıcı elmi işçi, Abdullayev Rəmzi, Sadıqov Yunus və Kərimli Vüqar böyük elmi işçi, Serttaş Leyla elmi işçi, Qubatova Vüsalə kiçik elmi işçi vəzifəsinə seçildilər. 4 iddiaçı isə Elmi Şurada müvafiq sayda səs toplaya bilmədikləri üçün iddia etdikləri vəzifələrə seçilmədilər (economics.com.az).
İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi qaydaları (yüklə)
İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi barəsində əmr (yüklə)
Elmi vəzifələrin tutulması üçün müsabiqənin keçirilməsi qrafiki (yüklə)