AMEA İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün müsabiqə keçiriləcək
- Oxunub 1110 dəfə
İnstitutun direktoru bununla bağlı müvafiq əmr imzalayıb
AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli yanvarın 31-də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 50-ci maddəsini, "Elm haqqında" qanunun 8-ci maddəsinin 5-ci bəndini, AMEA İqtisadiyyat İnstitutunun nizamnaməsinin 2.3.4-ci bəndini rəhbər tutaraq, 12 mart 2018-ci il tarixindən müsabiqə keçirilməsi barədə əmr imzalayıb.
Əmrə əsasən müsabiqənin keçrilməsi üçün müvafiq komissiya yaradılıb, institutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov komissiyanın sədri, şöbə müdirləri, professor Akif Musayev və prof. Tofiq Hüseynov, kadrlar şöbəsinin müdiri Yulduz Əliyeva, Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa komissiyanın üzvləri təyin olunublar.
Əmrdə vakant (boş) vəzifələr, hansı sənədlərin tələb olunduğu, müvafiq qaydalar da öz əksini tapıb. Əmrin tam mətni və elmi vəzifələrin tutulması üçün müsabiqə keçrilməsi qaydaları ilə aşağıdakı linklərdə tanış olmaq olar (economics.com.az).
İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi barəsində əmr (yüklə)
İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi qaydaları (yüklə)