Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Yulduz Əliyevaya oğlu ZAURUN vaxtsız vəfatı ilə əlaqədar başsağlığı

 AMEA İqtisadiyyat İnstitutunun kollektivi adından -  N.Müzəffərli, Ş.Muradov, Ə.Nuriyev, A.Musayev, T.Hüseynov, T.Əliyev, A.Muradov, Ş.Alıyev, L.Allahverdiyeva, R.Abdullayeva, T.Paşa, İ.Alıyev, R.Sultanova, G.Yüzbaşeva, M.Atakişiyev, C.Quliyev, F.Qənbərov, S.Seyidova, Ə.Həsənov, Y.Beqdayeva, S.Həsənova, E.Bayramova, M.Gülalıyev, G.Mehdiyeva, M.Zeynalov, Ş.İslamova, K.Piriyev, R.Efendiyev 

 İnstitutun kadrlar şöbəsinin müdiri Yulduz Əliyevaya oğlu ZAURUN vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verirlər.

 Allahdan rəhmət və səbr diləyirik!

İ.f.d. Vüqar Bayramova “Dosent” elmi adı verilmişdir

 Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Vüqar Bayramova “Dosent” elmi adı verilmişdir. Bu münasibətlə İnstitutun kollektivi adından onu təbrik edir və elmi fəliyyətində yeni uğurlar arzulayırıq!

İ.f.d. Leyli Allahverdiyevaya “Dosent” elmi adı verilmişdir

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyevaya “Dosent” elmi adı verilmişdir. Bu münasibətlə İnstitutun kollektivi adından Leyli xanımı təbrik edir və elmi fəliyyətində yeni uğurlar arzulayırıq!

AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Şahraz İbrahimov dünyasını dəyişib

 AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent İbrahimov Şahraz Müzəffər oğlu dünyasını dəyişib.  

 1952-ci ildə Ermənistan Respublikası, İcevan rayonu, Vurğun (Haqqıxlı) kəndində anadan olan Şahraz müəllim Politexnik İnstitutunu bitirmişdi. Elmlə yanaşı 25 ildən artıq pedaqoji fəaliyyətlə də məşğul olub. 80-nə yaxın elmi məqalənin müəllifidir.

 Alim onu tanıyanların yaddaşında xoş xatirələrlə qalacaq, sadə, təvazökar insan kimi xatırlanacaq.  

 AMEA İqtisadiyyat İnstitutunun kollektivi adından mərhumun yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Məkanı cənnət olsun!

 Allah rəhmət eləsin!

 

MEK-İN "KİTABXANA VƏ İNFORMASİYA ARAŞDIRMALARI" ELMİ JURNALI MƏQALƏ QƏBUL EDİR

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK)  “Kitabxana və informasiya araşdırmaları”  elmi jurnalı növbəti 2-ci sayı üçün məqalə qəbulunu davam etdirir.

Jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər:

- Kitabxana-informasiya elmi;

-Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, “Vikipediya”, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.);

-Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr.

Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı aşağıda qeyd olunan rubrikalara da yazılar qəbul edilir:

-Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər;

-Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;

-Digər ixtisaslar üçün kitabxana xəbərləri;

-Sahə üzrə yeni kitablar;

-Yerli və beynəlxalq tədbirlər təqvimi.

Qeyd edək ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu sahədəki beynəlxalq standartlara uyğundur. Elmi məcmuə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20 noyabr 2013-cü il tarixli əmri ilə qeydə alınmışdır. Nəşr qaydaları ilə bu link – http://mek.az/article.aspx?id=6121   vasitəsilə tanış ola bilərsiniz.

Məlumat üçün bildiririk ki, jurnalın 1-sayı çapa təqdim olunmuşdur. Jurnalın elektron variantı ilə bu link - https://en.calameo.com/read/00459548614f465a2a9ac?fbclid=IwAR0-QVytJ4hASEc7uLr5qbxP99tq7lH6WXIc_w2XdBgXhSE-8JvID4DJ1Yw vasitəsilə tanış ola bilərsiniz. 

AMEA 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul elan edib

 AMEA İqtisadiyyat İnstitutuna fəlsəfə doktoru hazırlığı proqramı üzrə 18 yer (6 yer doktoranturaya, 12 dissertanturaya),  elmlər doktoru hazırlığı proqramı üzrə dissertanturaya 8 yer ayrılıb

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli, 737s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublıkasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planına (buradan yüklə) əsasən 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 10-28 dekabr 2019-cu il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Doktoranturaya qəbul üçün sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinə (elmi müəssisələrin ünvanını AMEA-nın www.science.az saytından əldə etmək olar) təqdim olunmalıdır:

 - elmi müəssisənin direktorunun adına ərizə;

 - kadrların şəxsi-qeydiyyat vərəqi;

 - tərcümeyi-hal;

 - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 - iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

 - iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

 - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

 - xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

 - şəxsiyyəti təsdiq edən sənədin surəti.

 Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

 Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın elmi müəssisələrinə təqdim olunmalıdır:

 - ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

 - kadrların şəxsi-qeydiyyat vərəqi;

 - tərcümeyi-hal;

 - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 - iş yerindən xasiyyətnamə;

 - əmək kitabçasından çıxarış;

 - çap olunmuş elmi işlərin siyahısı;

 - fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

 - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

 - şəxsiyyəti təsdiq edən sənədin surəti.

 Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində  müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

 Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

 Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

 Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

 Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisəsinə təqdim olunmalıdır:

 - ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

 - kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

 - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 - iş yerindən xasiyyətnamə;

 - əmək kitabçasından çıxarış;

 - çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

 - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

 -  şəxsiyyəti təsdiq edən sənədin surəti.

 Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması  əsas şərtdir.

 Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisəsinə təqdim olunmalıdır:

 - ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

 - kadrların şəxsi-qeydiyyat vərəqi;

 - tərcümeyi-hal;

 - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 - iş yerindən xasiyyətnamə;

 - əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

 - fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

 - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

 - şəxsiyyəti təsdiq edən sənədin surəti.

 Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil Baş İdarəsinin Doktorantura şöbəsinə müraciət etmək olar.

 Əlaqə telefonları: (+994 12) 539 30 60, 492 84 48,

 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

Xarici dildən imtahanlar müəyyən olunmuş proqram əsasında (proqramı buradan yükləyə bilərsiniz - http://www.science.gov.az/) Dövlət İmtahan Mərkəzi tərəfindən 10-15 yanvar 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılır.

Daha ətraflı bu linkdəhttp://www.science.gov.az/

 

AMEA-da ümummilli lider Heydər Əliyevə həsr olunan kitabın təqdimatı olacaq

 9 dekabr 2019-cu il tarixində saat 15:00-da AMEA İqtisadiyyat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibəti ilə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, prof. Şahbaz Musa oğlu Muradovun Ulu öndərin əziz xatirəsinə və onun Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə birinci gəlişinin 50 illiyinə həsr edilmiş: “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər. Bakı-2019. 594 səh.)” kitabının təqdimat mərasimi keçiriləcək.

 AMEA əməkdaşlarının və ölkəmizin tanınmış alimlərinin iştirakı ilə keçiriləcək tədbirdə məruzələr dinləniləcək. Tədbir AMEA-nın əsas binasının (H.Cavid pr., 115) Kiçik konfrans zalında (2-ci mərtəbə) keçiriləcək.

Mingəçevir Dövlət Universiteti elmi konfrans keçirir

 Mingəçevir Dövlət Universiteti 6-7 dekabr 2019-cu il tarixlərində "Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar" mövzusunda respublika Elmi konfransı keçirir. Konfransın haqqında ətraflı məlumatı bu linkdən (yüklə) öyrənə bilərsiniz.

Alim və mütəxəssislər üçün treyninq proqramı

 Avropa Komissiyası tərəfindən Azərbaycan alim və mütəxəssisləri üçün treyninq proqram təşkil edilir. “Şərq Tərəfdaşlıq” proqramının ölkələri arasında bu tədbirin təşkilinə başlanılıb. Treyninqdə iştirak edəcək mütəxəssislər aşağıda göstərilən linkdən qeydiyyatdan keçməlidir (in English), layihə hazırlayan mütəxəssislər iştirak edə bilər. Qeydiyyatdan keçənlərin iştirakı üçün seçim Avropa Komissiyası tərəfindən aparılacaq. Qeydiyyat üçün son tarixi 23 oktyabrdır.

 https://h2020-proposal-writing-camp-azerbaijan.service-facility.eu

Tbilisi Dövlət Universitetinin İqtisadiyyat İnstitutu elmi konfrans keçirəcək

 Tbilisi Dövlət Universitetinin İqtisadiyyat İnstitutu “Экономические проблемы Грузии и других посткоммунистических стран и пути их решения” adlı konfrans keçirəcək. Alimlərimiz həmin konfransda iştirak edə bilərlər. Müvafiq elanla və konfransın şərtləri ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

“Экономические проблемы Грузии и других посткоммунистических стран и пути их решения”