Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

2-ci Beynəlxalq Azərbaycan Tək Sağlamlıq konfransı keçiriləcək

 2019-cu il mayın 24-25-də Bakı şəhərində Xəzər Universiteti ilə Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi, AMEA-nın Biofizika Institutu, Azərbaycan Tibb Universiteti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində 2-ci Beynəlxalq Tək Sağlamlıq Konfransı keçiriləcək.

Akademik Asəf Nadirovun 90 illiyi münasibətilə elmi konfrans

 Martın 29-da AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli iqtisadçı alim, akademik Asəf Nadirovun anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçiriləcək.

Tədbir saat 10:30-da AMEA-nın əsas binasında (H.Cavid pr., 115) Kiçik Konfrans zalında (2-ci mərtəbə) keçiriləcək.

“Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda konfrans

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə 2019-cu il aprelin 30-da tarixində “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Elmi məqaləsini nüfuzlu jurnalda nəşr etdirmək istəyənlərin nəzərinə!

 “Springer Nature” jurnalının, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə “Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçiriləcək. Seminarda elm və tədris müəssisələrinin əməkdaşları, doktorant və dissertantlar iştirak edə bilər.

ATU-nun “Elmi xəbərlər” jurnalı AAK-ın tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxil edilib

 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Texnologiya Universitetinin “Elmi xəbərlər” jurnalı Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısının texnika, biologiya və aqrar elmlər bölməsinə daxil edilmişdir.

Aparıcı elmi işçisi Dağıstan Yusifov vəfat etmişdir

 AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Dağıstan Yusifov 2018-ci il oktyabrın 6-da vəfat etmişdir.

Elmi vəzifələrin tutulması üçün müsabiqənin keçirilməsi qrafiki

 AMEA İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün müsabiqə iyunun 21-dən etibarən aşağıdakı qrafik üzrə keçiriləcək. Müsabiqə ilə bağlı Elmi Şuranın iclasları İqtisadiyyat İnstitutunun kiçik konfrans zalında (2-ci mərtəbədə) olacaq.   

Sıra

Şöbələr

Tarix

Saat

1

“İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi ”

21 iyun

1030

2

“Xidmət  sahələrinin  inkişafi  problemləri”

21 iyun

1400

3

“Sənaye  siyasəti  və  investisiya  problemləri” 

22 iyun

1030

4

“Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri”

22 iyun

1400

5

 “Qloballaşma  və  beynəlxalq  iqtisadi  münasibətlər”

25 iyun

1030

6

“İqtisadi tədqiqatların riyazi təminatı”

25 iyun

1400

7

“Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri”

27 iyun

1030

8

“İnnovasiya menecmenti və elmin inkişafi”  

27 iyun

1400

9

 “Maliyyə, pul-kredit  siyasəti”

28 iyun

1030

10

“Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri”

29 iyun

1030

11

“Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri”

29 iyun

1400

12

“Həyat  səviyyəsinin  sosial-iqtisadi  problemləri”

02 iyul

1030

13

 “İqtisadiyyatin dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri”

02 iyul

1400

Seyfəddin Səməndərov iqtisad elmləri doktoru diplomunu alıb

 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK-da) AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Seyfəddin Səməndərovun “XX əsrin 20-30-cu illərində Azərbaycanda iqtisad elminin və iqtisadi fikrin inkişaf istiqamətləri” mövzusunda Azərbaycan Dövlət İqtisad Universitetində (14.12.2016-cı ildə) müdafiə etdiyi doktorluq dissertasiya işini təsdiq edib. Bu yaxınlarda  AAK-da Seyfəddin Səməndərova iqtisad elmləri doktoru diplomu təqdim olunub. Bu münasibətlə AMEA İqtisadiyyat İnstitutunun bütün kollektivi adından onu təbrik edir, elmi fəaliyyətində uğurlarının davamlı olmasını arzu edirik!