Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Yeni doktorantları təbrik edirik!

    AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin 16 fevral 2015-ci tarixli qərarı ilə AMEA İqtisadiyyat İnstitutunun 2014-cü il elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbulun nəticələri təsdiq edilib. Emin Məmmədzadə, Yaşar Məmmədov, Mansur Mədətov, Səbuhi Yusifov, Rahim Sadıqov elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunublar. Bu münasibətlə onları təbrik edir və gələcək elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq! (economics.com.az)

Ağasəlim Ələsgərov vəfat edib

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan iqtisad elmi məktəbinin yaranmasında, yüksəkixtisaslı iqtisadçı kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuş görkəmli iqtisadçı alim, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Ağasəlim Ələsgərov 2015-ci il martın 31-də ömrünün 87-ci ilində vəfat edib.

Təqaüd proqramı elan edilir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycandakı Nümayəndəliyi 31 iyul 2015-ci ildən 29 iyul 2016-cı il (12 ay) tarixinədək Koreyanın SunKyunKwan Universitetində təşkil olunacaq Magistratura üzrə təqaüd proqramı elan edir.