Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” mövzusunda elmi konfrans

 10 mart 2016-cı il tarixdə Azərbaycan Texniki Universitetində görkəmli iqtisadçı alim, i.e.d., prof., dövlət mükafatı laureatı Şamil Əliabbas oğlu Səmədzadənin 80 illiyinə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. İnstitutumuzum əməkdaşları konfransda iştirak edə bilərlər. Məruzələr fevralın 26-dan gec olmayaraq Azərbaycan Texniki Universitetinin “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında qəbul edilir.

Ünvan: Bakı ş. H.Cavid pr. 25, Azərbaycan Texniki Universiteti, I korpus, I mərtəbə, otaq 127. “Sənaye iqtisadiyyatı və menecment” kafedrası.
Tel: 539-12-14. E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Pilot layihələri elan edilmişdir

  Almaniya Nazirliyi Fondu tərəfindən Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulmuş 24 ay müddətinə pilot layihələri elan edilmişdir. Ətraflı məlumatı https://foerderportal.bund.de, https://secure.pt-dlr.de, www.bmbf.de elektron ünvanlarından əldə edə bilərsiniz.

Doktorantura və dissertanturaya qəbul elanı

 Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2015-ci il tarixli, 285s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2015-2016-cı tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

 Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2015-ci il oktyabrın 15-dən noyabrın 5-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək. Doktoranturaya qəbul üçün sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır.

 AMEA İqtisadiyyat İnstitutuna 2015-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı ilə aşagıdakı linqdə tanış olmaq mümkündür.

 http://www.science.az/news/open/2574 (yükləyin)